Almaniyada çarşab qadağan olunur

Almaniyada çarşab qadağan olunur Tehsil-press.az-ın məlumatına görə, bu barədə Almaniyanın ən böyük nəşr şirkətlərindən olan “Redaksiyalar şəbəkəsi” məlumat yayıb.
Bildirilir ki, Xristian Demokratik İttifaqı / Xristian Sosialist İttifaqı Koalisiyası son zamanlar baş verən terror hücumlarının qarşısını almaq məqsədilə bəzi qanunların sərtləşdirilməsini nəzərdə tutan paket hazırlayıb. Paketə polislərinin sayının artırılması, çarşabın qadağan olunması, məscidlərə edilən maddi yardımların izlənilməsi, ikili vətəndaşlığının ləğv olunması daxildir.
Sənədə əsasən 2020-ci ilə kimi Almaniyada polislərin sayının 15 min artırılması, polislərin uzun lüləli silahlar və bədən kameraları ilə təmin olunmaları nəzərdə tutulur. Paketin gələn həftə “Berlin açıqlaması” adı altında son versiyasının hazırlanması gözlənilir.


Tehsil-press.az

Oxşar xəbərlər