
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:
“general-leytenant” ali hərbi rütbəsi:
general-mayor İsmayıl Bayram oğlu Əkbərova
general-mayor İlham İsmayıl oğlu Mehdiyevə
“general-mayor” ali hərbi rütbəsi:
polkovnik Elşən Ələkbər oğlu Verdiyevə".
Tehsil-press.az