“Zirvə” uşaq bağçasına 2016-2017-ci tədris ili üçün qəbul davam edir

“Zirvə” uşaq bağçasına 2016-2017-ci tədris ili üçün qəbul davam edir 2016 – 2017-ci tədris ili üçün “Zirvə” uşaq bağçasına 1 yaşdan 6 yaşa qədər uşaqların qəbulu davam edir.

“Zirvə"dən Tehsil-press.az-a verilən məlumata görə, müəssisə daxilində hər bir uşağa fərdi yanaşılır, onların zehni və fiziki inkişafına diqqət yetirilir, ana dili, ilkin riyazi təsəvvürlərin inkişafı, məktəbəqədər hazırlıq, ingilis, rus dilləri əyləncəli şəkildə tədris olunur, zehni qavrama qabiliyyətini artırmaq üçün diqqət tələb edən məntiqi oyunlar təşkil edilir.
Hər bir fənn ayrı-ayrı müəllimlər tərəfindən keçirilir. Bundan əlavə, “Zirvə” uşaq bağçasında uşaqların rəqs, gimnastika, şahmat, cüdo, üzgüçülük kimi idman növləri ilə məşğul olması üçün əlverişli imkanlar mövcuddur. Peşəkar personal, keyfiyyətli təhsil, yüksək səviyyəli mühafizə sistemi ilə təmin olunmuş “Zirvə” uşaq bağçasında övladlarınız etibarlı əllərdə olacaq. Kompleks sakinlərinə 50% endirim nəzərdə tutulub. Bağçaya qəbul sentyabr ayının sonuna qədər davam edəcək. Yerlər məhduddur. Tələsin!!!
Ünvan: Xırdalan ş., Heydər Əliyev pr. 167, AAAF Park, “Zirvə” uşaq bağçası
Əlaqə: *64 64, (012) 310 0 410


Tehsil-press.az

Oxşar xəbərlər