ƏN GÖZƏL, ETİBARLI BAXÇAMIZIN ÜNVANI

ƏN GÖZƏL, ETİBARLI BAXÇAMIZIN ÜNVANI
Əziz valideynlər

Sizin üçün övladdan əziz nə ola bilər? Öz əzizlərinizi, dünyanın kədərindən uzaq olan körpələrinizi kimə etibar edəsiniz düşünürsünüzmü. Onda çox fikirləşməyə dəyməz. Biz sizə ən gözəl bağçamızın ünvanın göstəririk. Seçim sizindir!

“XX ƏSR "BEYNALXALQ TƏHSİL VƏ İNNOVASİYA MƏRKƏZİ"İN UŞAQ BAXÇASI
ekoloji cəhətdən təmiz bir ərazidə yerləşir.

Uşaq bağçasında təlim-tərbiyə prosesi 3-6 yaş dövrünü əhatə edir. Təlim üç dildə (azərbaycan, rus və ingilis) aparlır.
Təhsil Nazirliyinin nəzərdə tutduğu “Uşaq bağçasının təlim-tərbiyə proqramı”na istinad edərək mərkəzin uşaq bağçası və məktəbə hazırlıq qruplarında sistematik olaraq plana uyğun,məqsədə müvafiq inkişaf prosesi gedir.

ƏN GÖZƏL, ETİBARLI BAXÇAMIZIN ÜNVANI

Uşaqlarda sadə elementar bilik, bacarıq və vərdişlər, mədəni gigiyenik, davranış qaydaları formalaşır:
Bağçada uşaqların alacağı təlim eyni zamanda fiziki, əxlaqi, əmək və estetik tərbiyənin əsasını qoyur.
Hər qrupda 10-12 uşaq tərbiyə alır. Hər bir qrupun ayrıca oyun, məşğələ və yataq otaqları var.

ƏN GÖZƏL, ETİBARLI BAXÇAMIZIN ÜNVANI

Gün ərzində uşaqlar 4 dəfə qidalanırlar. Uşaqların yaş xüsusiyyətləri nəzərə alınaraq həftəlik menyu tərtib olunur.
Hər səhər uşaqlar bağçaya gələrkən həkim tərəfindən müayinə olunurlar.
Gəzintinin, açıq havada oyunların səmərəli təşkili üçün mərkəzin həyətyanı sahəsi, istirahət parkı mövcuddur və hər cür lazımi avadanlıqlarla təchiz olunmuşdur.

ƏN GÖZƏL, ETİBARLI BAXÇAMIZIN ÜNVANI

Mərkəzin bütün ərazisi gecə-gündüz mühafizə olunur.



Ünvanımız belədir:
Bakı şəhəri, İnşaatçılar prospekti 98
Əlaqə tel: (012) 510-02-05; (012) 510-02-07

Oxşar xəbərlər