Rövnəq Abdullayev Rio-de-Janeyroda cüdo yarışlarını izləyib

Rövnəq Abdullayev Rio-de-Janeyroda cüdo yarışlarını izləyib Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev Braziliyanın Rio-de-Janeyro şəhərinə gedib.

Federasiyadan verilən məlumata görə, bir neçə gün Rioda səfərdə olacaq Rövnəq Abdullayev milli komandamızın üzvləri ilə görüşüb və Olimpiya Oyunlarının cüdo yarışlarını izləyib.
Qeyd edək ki, cüdoçumuz Rüstəm Orucov (73 kq) Rio olimpiadasında Azərbaycana ilk medalı qazandırıb. Rüstəm yalnız finalda uduzaraq gümüş medala sahib olub. Məmmədəli Mehdiyev (90 kq) isə 7-ci olub.


Rövnəq Abdullayev Rio-de-Janeyroda cüdo yarışlarını izləyib

Tehsil-press.az

Oxşar xəbərlər