Mikayıl Cabbarov valideynlərə müraciət etdi

Mikayıl Cabbarov valideynlərə müraciət etdi “Əgər valideynlər onları maraqlandıran məsələləri məktəb səviyyəsində həll edə bilmirlərsə, onlar rayon təhsil şöbələrinə, Bakıdakı valideynlər isə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciət etmək hüququna malikdirlər”.

Tehsil-press.az xəbər verir ki, bu sözləri  təhsil naziri Mikayıl Cabbarov AZTV-nin “Günün nəbzi” verilişinə verdiyi müsahibə zamanı deyib.
Nazir bildirib ki, əgər məsələləri bu səviyyədə də həll edə bilmirlərsə, rəhbər qurum kimi Təhsil Nazirliyinə müraciət edə bilərlər”.
“Hər ay regionlarda qəbullar keçiririk. Hesab edirəm ki, bu gün təhsil sistemi valideynlər üçün açıqdır. Təhsil sistemindədə çalışan istənilən icraşı ilə valideyn komitələri və istənilən valideyn görüşə bilər. Bununla yanaşı məktəblərdə valideyn komitələri, nazirliyin “Qaynar xətt” xidməti var”.


Tehsil-press.az

Oxşar xəbərlər