Bakıda Milli Musiqi Günü münasibətilə tədbir keçirilib 

Bakıda Milli Musiqi Günü münasibətilə tədbir keçirilib  Bakı Musiqi Akademiyasının qarşısında Üzeyir Hacıbəylinin 131 illik yubileyi və 18 sentyabr - Milli Musiqi Günü münasibətilə mərasim keçirilib.

Tehsil-press.az məlumatına görə, mərasimdən əvvəl mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavini Ədalət Vəliyev, Şuşa şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, musiqi ictimaiyyətinin nümayəndələri Üzeyir Hacıbəyli, Natəvan və Bülbülün İncəsənət Muzeyinin həyətindəki güllələnmiş heykəllərini ziyarət ediblər.
Tədbirdə çıxış edən Ə.Qarayev bildirib ki, Milli Musiqi Gününün keçirilməsi artıq ənənə halını alıb:
“Azərbaycan musiqisi, Üzeyir bəyin musiqisi ölkənin sərhədlərini aşır, dünyanın ən böyük konsert salonlarında səslənir. Üzeyir Hacıbəylinin musiqisi nəinki Azərbaycanda, hətta bütün dünyada səslənir, zəngin Azərbaycan mədəniyyətini təmsil edir. Milli musiqimiz, incəsənətimiz var olduqca, böyük Üzeyir Hacıbəylinin xatirəsi də hər zaman yaşayacaq”.
Tədbirdə Dövlət Xor Kapellası, Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestri Üzeyir Hacıbəylinin əsərlərini səsləndirib.


Tehsil-press.az

Oxşar xəbərlər