Beyləqanda 3 otaqlı ev yanıb
Beyləqan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 130 kv.m olan ikimərtəbəli 3 otaqlı evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları və ev əşyaları 65 kv.m sahədə yanıb. Fövqəladə Hallar Nazirliyindən (FHN) Tehsil-press.az-a verilən məlumata görə, evin qalan hissəsi və bitişik mağaza yanğından mühafizə olunub. Yanğın saat 00:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.Tehsil-press.az
- Baxış: 4815
Xəbərin tarixi: 22.09.2016 / 08:00
-
Oxşar xəbərlər