Masallıda 7 otaqlı ev yanıb

Masallıda 7 otaqlı ev yanıb Masallıda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Tehsil-press.az-a verilən məlumata görə, Masallı rayonu, Mahmudovar kəndində vətəndaşa məxsus ümumi sahəsi 240 m² olan 7 otaqlı evin 2-ci mərtəbəsinin 2 otağında mebel dəsti 30 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Tehsil-press.az

Oxşar xəbərlər