Lənkəranda 5 otaqlı ev yanıb, xəsarət alan var

Lənkəranda 5 otaqlı ev yanıb, xəsarət alan var Lənkəran rayonu, Liman şəhərində vətəndaşa məxsus ümumi sahəsi 190 kv.m olan ikimərtəbəli 5 otaqlı evin 2-ci mərtəbəsində 2 otağın yanar konstruksiyaları 45 kv.m sahədə və dam örtüyünün yanar konstruksiyaları 10 kv.m sahədə yanıb.
Tehsil-press.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, yanğın zamanı 1 nəfər xəsarət almışdır. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

tehsil-press.az

Oxşar xəbərlər