Pambıq istehsalçılarına subsidiya veriləcək

Pambıq istehsalçılarına subsidiya veriləcək Prezident İlham Əliyev Azərbaycanda pambıqçılığın inkişafına dövlət dəstəyi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, ölkədə kənd təsərrüfatının ənənəvi sahələrindən olan pambıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsi, pambıq istehsalına əhalinin marağının artırılması və sosial rifahının daha da yaxşılaşdırılması məqsədilə müəyyən edilsin:
- emal müəssisələrinə satılmış hər kiloqram xam pambığa görə pambıq istehsalçılarına 0,1 manat subsidiya nəzərdə tutulur;
- bu sərəncamla nəzərdə tutulan subsidiya 2016-cı ildə istehsal olunan və emal müəssisələrinə satılmış xam pambığa da şamil edilir.
Nazirlər Kabinetinə emal müəssisələrinə satılmış hər kiloqram xam pambığa görə pambıq istehsalçılarına subsidiyanın verilmə qaydasını Azərbaycan Prezidenti ilə razılaşdırmaqla 15 gün müddətində müəyyən etmək; bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb. Maliyyə Nazirliyinə bu sərəncama uyğun olaraq maliyyələşməni təmin etmək tapşırılıb.


Tehsil-press.az

Oxşar xəbərlər