
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov müəllimləri təbrik edib. Bildirib ki, prezidentin sərəncamları respublikamızın bütün bölgələrində təhsilin maddi-texniki bazasının gücləndirilir.
İcra başçısı rayonun ictimai-siyasi həyatında müəllimlərin rolunu yüksək qiymətləndirərək təhsil müəssisələrində təlim-tərbiyə prosesinin keyfiyyətinin ilbəil yaxşılaşdığını söyləyib, növbəti illərdə bu uğurların daha da artırılmasını tövsiyə edib.
T.Qaraşov sonda gənc nəslin təlim-tərbiyəsi sahəsində səmərəli fəaliyyətinə görə fərqlənən bir qrup təhsil işçisinə ŞİH-nin və ŞTŞ-nin fəxri fərmanlarını və qiymətli hədiyyələrini təqdim edib.
Tehsil-press.az