Liseyin direktoru, professor Qasım Hüseynovun sözlərindən məlum olub ki, bu il lisey 50 nəfər məzununu yola salır. Ötən illərdə olduğu kimi 2015-2016-cı tədris ilində də şagirdlər bir çox uğurlara imza atıblar. Belə ki, onlar respublika və beynəlxalq olimpiadalarda və müsabiqələrdə uğurlu iştirak edib, mükafatçılar sırasında olublar. “Sabahın alimləri” V respublika olimpiadasında 4 nəfər II, 7 nəfər III yerə layiq görülüb.
Valideynlər adından Yusif Həsənzadə, məzunlar adından ötən il 616 balla yüksək nəticə göstərən Şirin İsgəndərli çıxış edib.
Tədbir lisey şagirdlərinin hazırladıqları proqramla davam edib.
Mətbuat və informasiya şöbəsi


