Bakı Dövlət Universiteti tələbələrini təcrübəyə yolladı

Bakı Dövlət Universiteti tələbələrini təcrübəyə yolladı Bakı Dövlət Universiteti tələbələrinin istehsalat təcrübəsi başlayıb. Tələbələr təhsil aldıqları fakültələrin profilinə uyğun olan müəssisələrə göndəriliblər.
Universitetin Elm və innovasiyalar üzrə prorektoru, professor Aydın Kazımzadə tələbələrlə görüşərək, təcrübə prosesi ərzində uğurlu nəticələr göstərməyi tövsiyə edib və onlara uğurlar arzulayıb.
Sonra tələbələr prorektorların və fakültə dekanlarının rəhbərliyi altında təcrübə rəhbərləri ilə birlikdə avtobuslarla universitetin Qubada yerləşən Tədris, təcrübə və istirahət mərkəzinə yola salınıblar.
Qeyd edək ki, təcrübə fakültələr üzrə mərhələli şəkildə davam etdiriləcək.

Mətbuat və informasiya şöbəsi


Bakı Dövlət Universiteti tələbələrini təcrübəyə yolladı

Oxşar xəbərlər