
Noyabrın 1-də AVRONEST Parlament Assambleyasının ikigünlük işi başa çatdıqdan sonra Milli Məclisin deputatları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan parkda onun abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar. Sonra deputatlar Azərbaycanın Ukraynadakı səfirliyində olublar.
Səfir Azər Xudiyev deputatları Şərq Tərəfdaşlığı parlament təşkilatı (AVRONEST) və Avropa İttifaqı arasında məhsuldar iş, Məlahət İbrahimqızını isə AVRONEST Parlament Assambleyasının sosial məsələlər, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komitəsinin həmsədri seçilməsi münasibətilə təbrik edib.
Görüşdə Azərbaycan və Ukrayna arasında parlamentlərarası əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi məsələləri müzakirə olunub.
Tehsil-press.az