Bakı Dövlət Universitetinin dosenti Yaponiyanın Kumamoto Universitetində elmi ezamiyyətdə olub

Bakı Dövlət Universitetinin dosenti Yaponiyanın Kumamoto Universitetində elmi ezamiyyətdə olub Bakı Dövlət Universitetinin dosenti, kimya elmləri üzrə fəlsəfə doktoru Flora Hacıyeva Yaponiyanın Kumamoto Universitetinin “Tətbiqi kimya və biokimya” mərkəzinə dörd aylıq müddətində elmi ezamiyyətdə olub. Ezamiyyət Yaponiyanın Matsumae Beynəlxalq Fondunun maliyyələşdirdiyi layihə çərçivəsində həyata keçirilib. Flora Hacıyeva ezamiyyət müddətində yüksək tezlikli elektromaqnit dalğalarını udan maqnit nanokompozitlərin kompleks xassələrinin tədqiqi və tətbiqi imkanlarının araşdırması məsələləri ilə məşğul olub.
Səfər çərçivəsində Matsumae Beynəlxalq Fondununun 20 ölkədən olan layihə qalibləri üçün Tokio şəhərinin Tokai Universitetində təşkil edilən görüşdə iştirak edən Flora Hacıyeva Bakı Dövlət Universitetində nanotexnologiyalar istiqamətində aparılan tədqiqat işləri ilə bağlı məruzə edib. Dosent Flora Hacıyeva elmi ezamiyyətin sonunda Matsumae Beynəlxalq Fondunun xüsusi diplom və medalına layiq görülüb.

Mətbuat və informasiya şöbəsi

Oxşar xəbərlər