Universitetdə Akademik Xoşbəxt Yusifzadə adına təqaüd təsis edilib

Universitetdə Akademik Xoşbəxt Yusifzadə adına təqaüd təsis edilib Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) bu ali məktəbin məzunu, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə ilə görüş olub.
Görüşdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı rəhbərlik etdiyi ali məktəbin fəaliyyətindən, qazanılan uğurlardan danışıb.
Rektor universitetdə Akademik Xoşbəxt Yusifzadə adına təqaüdün təsis olunduğunu və bu təqaüdün təhsildə yüksək nailiyyətlər əldə edən tələbələrə veriləcəyini diqqətə çatdırıb.
Tədbirdə akademik Xoşbəxt Yusifzadənin mənalı və şərəfli ömür yolu barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, neft sənayesinin inkişafında akademik X.Yusifzadənin mühüm xidmətləri olub. Onun bilavasitə iştirakı və rəhbərliyi ilə çoxlu sayda neft və qaz yatağı, o cümlədən dünyada məşhur olan “Azəri”, “Çıraq”, “Günəşli” yataqları kəşf edilib və istismara verilib.
Akademikin rəhbərliyi və iştirakı ilə aparılan elmi-tədqiqat işlərinin nəticələri 188 elmi əsərdə, o cümlədən 12 monoqrafiyada əksini tapıb.
Səmərəli xidmətlərinə görə akademik X.Yusifzadə yüksək mükafatlara, orden və medallara, fəxri adlara layiq görülüb.
Tədbirdə akademik X.Yusifzadəyə ADNSU–nun fəxri professoru adı verilib.
Sonra təhsildə yüksək nailiyyətlər əldə edən tələbələrə Akademik Xoşbəxt Yusifzadə adına təqaüd təqdim olunub.
SOCAR-ın birinci vitse-prezidenti, akademik X.Yusifzadə Heydər Əliyev siyasətinin uğurlu nəticələrindən danışıb, Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib.
Azərbaycan neft sənayesinin inkişaf mərhələlərindən bəhs edən akademik dahi rəhbər Heydər Əliyevin bu sahəyə daim xüsusi önəm verdiyini vurğulayıb.
Akademik X.Yusifzadə Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycanın dinamik inkişaf etdiyini, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun yüksəldiyini söyləyib.
Tələbələrə tövsiyələrini verən akademik onları vətənpərvərliyə və təhsildə yüksək nailiyyətlər qazanmağa çağırıb.

ADNSU-nun Mətbuat Xidməti


Universitetdə Akademik Xoşbəxt Yusifzadə adına təqaüd təsis edilibUniversitetdə Akademik Xoşbəxt Yusifzadə adına təqaüd təsis edilibUniversitetdə Akademik Xoşbəxt Yusifzadə adına təqaüd təsis edilibUniversitetdə Akademik Xoşbəxt Yusifzadə adına təqaüd təsis edilibUniversitetdə Akademik Xoşbəxt Yusifzadə adına təqaüd təsis edilibUniversitetdə Akademik Xoşbəxt Yusifzadə adına təqaüd təsis edilib

Oxşar xəbərlər