İŞİD-in əsas komandirlərindən biri öldürülüb

İŞİD-in əsas komandirlərindən biri öldürülüb İraqın Mosul şəhərinin İŞİD-dən azad edilməsi istiqamətində aparılan əməliyyatlar çərçivəsində terror qruplaşmasının komandiri Mahmud Şükri əl-Nuyami öldürülüb.
Tehsil-press.az "İnterfaks"a istinadən xəbər verir ki, Şeyx Fariz kimi də tanınan Şükri əl-Nuyami Mosulun qərb rayonlarına endirilən aviazərbələr nəticəsində zərərsizləşdirilib.
İŞİD yaydığı videoyazıda onun ölümünü təsdiqləyib. İraq hökuməti 17 oktyabrdan bəri 1,2 min silahlının öldürüldüyünü bildirir.

Tehsil-press.az

Oxşar xəbərlər