Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev isə bildirib ki, bu tədbir Almaniya, Litva kimi inkişaf etmiş ölkələrin, Moldova, Makedoniya, Gürcüstan kimi inkişaf etməkdə olan ölkələrin təcrübəsi ilə tanış olmağa uyğun bir platformadır. Dekan onu da əlavə edib ki, konfransda Bakı Dövlət Universiteti, Moldova Dövlət Universiteti, Vilnus Dövlət Universiteti, Avropa Humanitar Universiteti, Makedoniya Dövlət Universiteti, Tbilisi Dövlət Universiteti, Gürcüstan Azad Universitetinin müəllim heyəti və Gürcüstanın Vəkillər Kollegiyasının üzvü iştirak edir. Burada hüquq təhsilindəki cari problemlər, qarşıya qoyulan məqsədlər və həmin məqsədlərə çatmaq üçün görüləsi tədbirlərin müəyyən olunması müzakirə olunacaq.
Ədliyyə Akademiyasının rektor vəzifəsini icra edən Elçin Xələfovun çıxışından sonra “Qanunun aliliyi – institusional islahatın simvolu“ mövzusunda Moldova Dövlət Universitetinin professoru Olesea Plotnik, “Litvada İnzibati hüquq çərçivəsində qanuni gözləntilərin müdafiəsi” mövzusunda isə Vilnus Universitetinin professoru, Litvanın Hüquq İnstitununun direktoru, professor Jurgita Paužaitė-Kulvinskienė məruzə ediblər.
Qeyd edək ki, konfrans iki gün davam edəcək və hüququn müxtəlif sahələrinə dair məruzələr dinləniləcək.
Mətbuat və informasiya şöbəsi




