Yuxusuzluq tədricən beyni sıradan çıxarır

Yuxusuzluq tədricən beyni sıradan çıxarır Alimlər yuxunun insan beyninə təsirinin tədqiqi ilə məşğul olublar. Məlum olub ki, insanların çoxunun əziyyət çəkdiyi yuxusuzluq baş beynin fəaliyyətində dəyişiklik yaradır.

Tehsil-press.az xəbər verir ki, Çin alimləri yuxusuzluğun insan beyninə mənfi təsir göstərdiyinə əmindirlər. Vaxtaşırı yuxusuzluqdan əziyyət çəkən adamların baş beynində pozuntular baş verir. Xroniki xarakter daşıyan yuxusuzluq nəticəsində insanda ağ maddənin strukturu dağıla bilər. Mütəxəssislər aydınlaşdırıblar ki, gün ərzində depressiya içində olan adamların yuxusu pozulur. Belə emosional vəziyyətdə beynin sağ yarımkürəsində yerləşən və yuxuya məsuliyyət daşıyan ağ maddənin bütövlüyü pozulur.
Beyin strukturunun pozulması myelin maddəsinin itməsinə gətirib çıxarır. Nəticədə yuxu da pozulur. Bu maddə beynin sinir liflərini bürüyür. Mütəxəssislər myelinin bərpası yolunu tapmağı planlaşdırırlar, çünki bu, yuxusuzluq problemini həmişəlik həll etməyə imkan verər.

Tehsil-press.az

Oxşar xəbərlər