
Bəs bu ölkələri bir-birindən nə fərqləndirmişdir?
Mütəxəssislər bu fikirdədirlər ki, əgər qidalanma düzgün olarsa, insan kiçik yaşlarından güclü hafizəyə malik ola bilər. Ona görə də əgər övladınızın güclü hafizəyə malik olmasını istəyirsinizsə, hamilə zamanı yeyəcəklərinizə xüsusi diqqət edin. Eyni zamanda uşağın 2 yaşına qədər də yemək rasionuna diqqət edilməlidir. Yəni, tərkibində Omeqa-3 olan yeməklərə daha çox yer verilməlidir. Ona görə də o ölkələr ki, daha çox balıq və zeytun yağı istifadə edir, hafizə baxıından güclü olurlar. Omeqa-3 maddəsi beynin təkamülünə yardım edər, hafizəni gücləndirər. Qozun da tərkibində Omeqa-3 maddəsi vardır.
Bunu qeyd etmək lazımdır ki, hazır yeməklər, eyni zamanda kolbasalar, sosiskalar, konservalar, qızardılmış yeməklər beyin inkişafına mənfi təsir qoyar. Ona görə də uşağınızı bu cür qidalarla nə qədər gec tanış etsəniz, bu onun beyni üçün daha faydalı olar.
Hər gün meyvə və tərəvəz qəbul etmək hafizəni ən azı 5 dərəcə yüksəldər. Tünd istiotun tərkibində C vitamini olduğu üçün, yeməklərinizdə ondan istifadə edin. Çünki övladınızın hafizəsini gücləndirə bilər.
Pomidorun tərkibində likopen olduğu üçün xərçəng hüceyrələri ilə mübarizə aparar və həmçinin beyin hüceyrələrini ölməyə qoymur. Yaxşı olar ki, analar həm hamilə və həm də süd verən zaman pomidoru çox yesinlər.
Brokkoli kələminin tərkibində K vitamini, C vitamini və anti-oksidant vardır. K vitamini uşağın beyin fəaliyətini yaxşılaşdırmaqda mühüm rol oynayır.
Tehsil-press.az