Fənn aylığı başa çatıb

Fənn aylığı başa çatıb Bakıdakı 102 nömrəli tam orta məktəbdə “Azərbaycan dili və ədəbiyyat fənn aylığı”nın yekununa həsr olunan “Ədəbiyyat milli-mənəvi sərvətimizdir” mövzusunda tədbir keçirilib.

Tədbirdə məktəbin direktoru Mailə İsmayılova tədris ocağının fəaliyyət planına uyğun olaraq, bu il oktyabrın 25-dən noyabrın 25-dək Azərbaycan dili və ədəbiyyat fənninin tədrisi vəziyyətini öyrənmək, şagirdlərdə mütaliə vərdişlərinin formalaşdırılması yollarını araşdırmaq məqsədilə fənn aylığının keçirildiyini diqqətə çatdırıb.
Qeyd edilib ki, aylıq çərçivəsində müəllimlərin “açıq dərs”ləri dinlənilərək təhlil olunub, şagirdlər arasında bədii qiraət, inşa yazı müsabiqələri keçirilib, qaliblər mükafatlandırılıblar.

BŞTİ-nin Mətbuat Xidməti


Fənn aylığı başa çatıbFənn aylığı başa çatıb

Oxşar xəbərlər