
Universitetin Elm və İnnovasiyalar Mərkəzinin direktoru, professor Sakit Yaqubov elm günlərinin mahiyyəti barədə danışıb. “Elm aylığı” çərçivəsində keçirilən silsilə tədbirlərin universitetə verəcəyi töhfələri diqqətə çatdırıb.
Biznesin idarə edilməsi kafedrasının professoru Rəşad Muradov 2015-ci ilin iqtisadiyyat üzrə Nobel mükafatçısı Enqus Styuart Diton barədə məruzə ilə çıxış edib.
Qeyd olunub ki, E.Diton mükafata istehlak, yoxsulluq və rifahla bağlı təhlillərinə görə layiq görülüb.
UNEC-in rəsmi “Facebook” səhifəsində canlı yayımlanan tədbir böyük maraqla dinlənilib.
UNEC-in Mətbuat Xidməti

