İrandan təhlükəli manevr - ABŞ helikopteri hədəfə alındı

İrandan təhlükəli manevr - ABŞ helikopteri hədəfə alındı İran İslam İnqilabı Keşikçiləri Korpusunun gəmiləri Hörmüz boğazında ABŞ hərbi helikopterini hədəfə alıblar.

Tehsil-press.az xəbər verir ki, bu barədə “Reuters” Pentaqona istinadən məlumat yayıb.
İnsident noyabrın 26-də baş verib. İki İran gəmisi beynəlxalq sularda 0,8 kilometr məsafədə olan ABŞ SH-60 markalı hərbi helikopterini hədəfə alıb.
ABŞ müdafiə nazirliyi bunu “təhlükəli və qeyri-peşəkar” hərəkət kimi qiymətləndirib
Nazirliyin nümayəndəsi bildirib ki, vertolyotun ekipajı təhlükə hiss etməyib, lakin belə bir hadisə vəziyyətin gərginləşməsinə gətirib çıxara bilər.

Tehsil-press.az

Oxşar xəbərlər