İran sərhədində silahlı toqquşma - 12 terrorçu öldürüldü
İran hərbçiləri ölkənin qərbində silahlı qruplaşma ilə toqquşmada 12 terrorçunu zərərsizləşdiriblər. Tehsil-press.az-n RİA Novostiyə istinadən verdiyi xəbərə görə, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun quru qoşunları komandiri Məhəmməd Pakpur deyib. Onun sözlərinə görə, toqquşma İraqla sərhəddə yerləşən Kermanşah əyalətində baş verib. Toqquşmada 3 iranlı hərbçi xəsarət alıb.
Tehsil-press.az
- Baxış: 5682
Xəbərin tarixi: 05.10.2016 / 10:41
-
Oxşar xəbərlər