Azay Quliyev ATƏT PA-nın iclasında təkliflərlə çıxış edəcək
Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev ATƏT PA-nın Büro iclasında iştirak etmək üçün dekabrın 6-dan 8-dək Almaniyanın Hamburq şəhərində səfərdə olacaqdır. Bu barədə Tehsil-press.az Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.
Büro iclasında ATƏT PA-nın müxtəlif hesabatları təqdim ediləcək və təşkilatın gələcək fəaliyyəti ilə bağlı məsələlərə baxılacaq.
Deputatımız Büro iclasının gündəliyinə uyğun olaraq müzakirəyə çıxarılan məsələlərə aid fikir və təkliflərini bildirəcəkdir.
Tehsil-press.az
- Baxış: 5070
Xəbərin tarixi: 06.12.2016 / 17:35
-
Oxşar xəbərlər