BDU-da ulu öndər Heydər Əliyevin anım günü qeyd olunub

BDU-da ulu öndər Heydər Əliyevin anım günü qeyd olunub Bu gün Bakı Dövlət Universitetində ulu öndər Heydər Əliyevin anım günü qeyd olunub. Tədbir iştirakçıları əvvəlcə ulu öndərin universitetin foyesində qoyulmuş büstü önünə gül dəstələri qoyublar. Universitetin professor-müəllim heyəti, tələbələrinin iştirak etdiyi anım mərasimini açan rektor, akademik Abel Məhərrəmov ulu öndər Heydər Əliyevin müdrik siyasətindən, tarixi uzaqgörənliyindən, Azərbaycan dövlətinin qurulub inkişaf etdirilməsindəki xidmətlərindən bəhs edib. Ümummilli liderin elm, təhsil, mədəniyyət sahələrinin inkişafına göstərdiyi əvəzolunmaz rolundan danışan rektor bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Vitse-spiker Bahar Muradova isə çıxışında ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti üçün gördüyü işlərdən, həyata keçirdiyi layihələrdən, ölkəmizin beynəlxalq aləmdə söz sahibinə çevrilməsindəki xidmətlərindən bəhs edib, müstəqil Azərbaycanı ümummilli liderin şah əsəri adlandırıb.
Tədbir millət vəkili Fəttah Heydərov və BDU-nun kafedra müdiri Anar İsgəndərlinin çıxışları ilə yekunlaşıb.

Mətbuat və informasiya şöbəsi


BDU-da ulu öndər Heydər Əliyevin anım günü qeyd olunubBDU-da ulu öndər Heydər Əliyevin anım günü qeyd olunubBDU-da ulu öndər Heydər Əliyevin anım günü qeyd olunubBDU-da ulu öndər Heydər Əliyevin anım günü qeyd olunub

Oxşar xəbərlər