Mayın 26-da Azərbaycan Texniki Universitetində “28 May – Respublika Günü”-nə həsr olunmuş tədbir keçirilib. Tədbirdən əvvəl Ulu öndər Heydər Əliyevin Universitetin foyesində olan büstü önünə gül qoyulub.
Sonra Azərbaycan Respublikasının Dövlət himni səslənib.
Universitetin rektoru, professor Havar Məmmədov tədbir iştirakçılarını Müstəqillik Günü münasibətilə təbrik edib, gənclərimizə müstəqilliyimizi qorumağı tövsiyə edib. Rektor çıxışında müstəqil dövlət qurmaq uğrunda mübarizə aparan Azərbaycan xalqının yalnız ötən əsrin sonlarında buna nail olduğundan, təməli möhkəm qurulan müstəqil Azərbaycan uğrunda Ulu öndər Heydər Əliyevin xidmətlərindən danışıb. Sonda rektor qeyd edib ki, Azərbaycan gəncliyi mükəmməl təhsilləri ilə gələcəyimizin qurucularıdır, belə gəncliyi olan ölkə heç vaxt müstəqilliyini itirməz.
Tədbirdə iştirak edən Azərbaycan Milli Məclisinin deputatları Elman Nəsirov və Astan Şahverdiyev 1918-ci il mayın 28-də yaranan Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, həmin dövrün görkəmli şəxsiyyətlərinin fəaliyyətindən danışıblar. Qeyd olunub ki, Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti nəticəsində hazırda Azərbaycan dünya birliyində özünə layiqli yer tutub. Ölkəmizdə aparılan uğurlu daxili və xarici siyasət dövlət müstəqilliyimizin gündən-günə möhkəmləndiyinin əyani sübutudur.
Tələbələr adından çıxış edən I kurs tələbəsi Rəna Səfərova çıxışının sonunda bildirib ki, bugünkü gənclik müstəqilliyimizin qorunması və daha da möhkəmlənməsi yolunda üzərlərinə düşən məsuliyyəti tam dərk edir.

AzTU-nun Mətbuat Şöbəsi