Ərdoğan Putinə və Obamaya zəng vurdu

Ərdoğan Putinə və Obamaya zəng vurdu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, o, Rusiya Federasiyası prezidenti Vladimir Putin, ABŞ prezidenti Barak Obama, AFR-in kansleri Angela Merkel və BMT-nin yeni seçilmiş baş katibi Antoniu Quterrişem ilə Suriyanın Hələb şəhərindəki vəziyyəti müzakirə edib.

Tehsil-press.az-ın məlumatına görə, Ankarada keçirdiyi mətbuat konfransında Ərdoğan deyib: “Əgər biz Suriya probleminin həllini istəyiriksə, Hələbdə vəziyyət nəzarət altına alınmış olmalıdır. Mən hörmətli Putin və Quterrişemə telefon danışıqlarının bir neçə raundunu keçirdim. Mən Merkellə də danışdım. O da istənilən köməyi göstərməyə hazır olduğunu bildirdi. Obamayla da uzun danışığımız oldu və biz yalnız Suriyanı yox, həm də İraqı müzakirə etdik".
Ərdoğanın sözlərinə görə, o, PKK-nın hərəkət etdiyi ərazilərdə "vəziyyətin arzu edilməyən inkişafı halında Türkiyənin məsuliyyətinin əhəmiyyətini" Obamaya çatdırıb.
"Mən Obamaya bizim narahatlığımızı çatdırdım. O soruşdu ki, Amerika nədə və nə qədər kömək edə bilər və mən ona öz mülahizələrimi söylədim", - deyə türk lideri əlavə edib.

Tehsil-press.az

Oxşar xəbərlər