Estoniyada piylənməyə qarşı mübarizə məqsədilə şəkərli içkilər üçün vergi tətbiq edəcək

Estoniyada piylənməyə qarşı mübarizə məqsədilə şəkərli içkilər üçün vergi tətbiq edəcək Estoniya Dünya Səhiyyə Təşkilatına (DST) bildirib ki, bu ölkədə piylənməyə qarşı mübarizə məqsədilə şəkər istehlakının azaldılması planlaşdırılır. Bu istiqamətdə ilk addımlardan biri kimi, 2018-ci ildən etibarən şəkərli içkilərə vergi tətbiq ediləcək.

Tehsil-press.az BMT-nin Xəbərlər Mərkəzinə istinadla bildirir ki, bu təşəbbüs Estoniya büdcəsinə hər il 24 milyon avro vəsait daxil olmasını təmin edəcək, şəkərlə kalori istehlakını azaldacaq və beləliklə, piylənmə göstəricilərini azalmağa, ağız boşluğunu sağlamlaşdırmağa kömək edəcək.
Hazırda Estoniyanın bütün sakinlərinin təqribən yarısı və məktəb yaşlı uşaqların 28 faizi artıq çəkidən əziyyət çəkir.
Dünya Səhiyyə Təşkilatında dəfələrlə vurğulanıb ki, sağlamlıq üçün zərərli içkilər barəsində sərt vergi siyasəti istehlakçıların ciblərinə ziyan olacaq və müvafiq surətdə, belə içkilərə aludəliçilyin azalmasına səbəb olacaq.

Tehsil-press.az

Oxşar xəbərlər