Diaqnostik qiymətləndirmədə iştirak etməyən müəllimlər üçün imtahan keçirilir

Diaqnostik qiymətləndirmədə iştirak etməyən müəllimlər üçün imtahan keçirilir Ötən illərdə diaqnostik qiymətləndirmədə müxtəlif səbəblərdən iştirak edə bilməyən və ya işə yeni qəbul edilən müəllimlər üçün imtahan keçirilir.
Təhsil Nazirliyindən tehsil-press.az-a bildiriblər ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin idman zalında təşkil olunan imtahanda Bakı, Sumqayıt, Şirvan şəhərlərinin, Abşeron, Hacıqabul, Sabirabad, Qubadlı rayonlarının, nazirliyin tabeliyindəki ümumi təhsil müəssisələrinin və xüsusi internat məktəblərinin müəllimləri iştirak edirlər. Eyni zamanda, Şuşa rayonunun Bakı şəhərindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlər də bu imtahana qatılıblar.
İmtahan yanvarın 11-də davam edəcək.

Tehsil-press.az

Oxşar xəbərlər