Rusiya və Türkiyə memorandum imzaladılar - Nə haqqında?
Rusiya Müdafiə Nazirliyi və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı Suriyada hərbi əməliyyatlar zamanı hava uçuşlarının təhlükəsizliyinin təmin edilməsi və insidentlərin qarşısı alınması haqqında memorandum imzalayıblar.
Tehsil-press.az məlumat verir. Memorandumun cümə axşamı Rusiya Müdafiə Nazirliyində imzalandığı bildirilir. Sənəd Suriya ərazisində terrorçuların mövqelərinə zərbələr zamanı Rusiya və Türkiyə aviasiyasının qarşılıqlı fəaliyyət və koordinasiya mexanizmini müəyyən edir.
Tehsil-press.az
- Baxış: 5604
Xəbərin tarixi: 12.01.2017 / 22:08
-
Oxşar xəbərlər