Diltəkmilləşdirmə təlimlərinə başlanılıb

Diltəkmilləşdirmə təlimlərinə başlanılıb “Uğur üçün tədris” (SPEX) layihəsi çərçivəsində diltəkmilləşdirmə təlimlərinə start verilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən tehsil-press.az-a bildiriblər ki, diltəkmilləşdirmə təlimlərinin həyata keçirilməsinin əsas məqsədi müəllimlərin ingilis dilində danışıq səriştəsinin artırılması, danışığın tədrisi və qiymətləndirilməsi qabiliyyətinin təkmilləşdirilməsidir.
“British Council”in peşəkar təlimçiləri tərəfindən aparılan 120 saatlıq təlimlər Beynəlxalq Aptis İmtahanının nəticələrinə əsasən 12 inzibati rayon üzrə müəyyənləşdirilmiş təlim mərkəzlərində həyata keçirilir.
Qeyd edək ki, diltəkmilləşdirmə təlimini uğurla başa vuran müəllimlər layihənin növbəti mərhələsi olan metodologiya təlimlərinə cəlb ediləcəklər.

BŞTİ-nin Mətbuat Xidməti

Oxşar xəbərlər