
BŞTİ-dən tehsil-press.az-a bildiriblər ki, paytaxtın bütün rayonlarını əhatə edən “dəyirmi masa”lara 600-dən çox iştirakçı qatılıb.
Layihəyə cəlb olunan məktəblərin tədris proqramının daha səmərəli təşkili istiqamətində təklif olunan müxtəlif mexanizmlər və keyfiyyətin artırılması üçün nəzarət işinin möhkəmləndirilməsi məsələləri müzakirə edilib.
Layihənin məqsədi keyfiyyətli tədris, birgə rəhbərlik, məktəblərin təşkilati mədəniyyətinin inkişafı və təhsil sahəsindəki yeniliklərin uğurla icra olunması kimi dəyərləri təbliğ etməkdir.
Tehsil-press.az