Cövdət Hacıyevin fortepiano üçün seçilmiş əsərlərindən ibarət kitabı Londonda təqdim ediləcək

Cövdət Hacıyevin fortepiano üçün seçilmiş əsərlərindən ibarət kitabı Londonda təqdim ediləcək Fevralın 9-da Londonda görkəmli bəstəkar, Azərbaycanın Xalq Artisti Cövdət Hacıyevin anadan olmasının 100 illiyi münasibətilə onun fortepiano üçün seçilmiş əsərlərindən ibarət kitabının birinci cildinin təqdimatı keçiriləcək. Tədbirdə, həmçinin Litva və Rusiya pianoçusu Yelena Makarova kitabda yer alan musiqi əsərlərindən nümunələr səsləndirəcək.
Tehsil-press.az xəbər verir ki, bu məlumatı Yelena Makarova özünün “facebook” səhifəsində yerləşdirib. Pianoçu aprelin 5-də isə Nyu-Yorkda “Carnegie Hall”da keçiriləcək qala-konsertdə Cövdət Hacıyevin əsərlərini ifa edəcək. Nyu-Yorkda olacaq konsert barədə məlumat “Carnegie Hall”un saytında da yerləşdirilib.
Gələcəkdə müvafiq konsertin Bakı, Moskva, Vyana şəhərlərində və Floridada (ABŞ) keçirilməsi planlaşdırılır.

Tehsil-press.az

Oxşar xəbərlər