TARİXDƏ BU GÜN

TARİXDƏ BU GÜN 1937-ci il. Azərbaycanın görkəmli bəstəkarı, Xalq Artisti Emin Sabitoğlu (1937-2000) anadan olub. E.Sabitoğlu 600-dən çox mahnı, 9 musiqili komediya, 40-a yaxın filmə musiqi bəstələyib. “Dərələr”, “Bakı, sabahın xeyir”, “Uzaq yaşıl ada”, “Dağlar”, “İnsaf da yaxşı şeydir” mahnıları xüsusilə çox populyardır. Bəstəkar, həmçinin müxtəlif tamaşalara musiqilər də bəstələyib. E.Sabitoğlu paytaxt teatrları ilə yanaşı, Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Naxçıvan teatrlarının tamaşalarına da musiqi bəstələyib.

Tehsil-press.az

Oxşar xəbərlər