Dövlət Neft Fondunda “MHŞT-nin uzlaşdırılması”na dair “dəyirmi masa” keçirilib

Dövlət Neft Fondunda “MHŞT-nin uzlaşdırılması”na dair “dəyirmi masa” keçirilib Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) “Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) uzlaşdırılması” mövzusunda “dəyirmi masa” keçirilib.

Tehsil-press.az Fondun rəsmi internet səhifəsinə istinadən verdiyi məlumata görə, MHŞT üzrə Beynəlxalq Katibliyin rəhbəri Yonas Moberg, ARDNF-nin İcraçı Direktoru Şahmar Mövsümov, Dünya Bankının Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Naveed Hasan Naqvi, ÇQ üzvləri, MSŞA üzrə QHT Koalisiyasının üzvləri, MHŞT üzrə Hökumət Komissiyasının üzvləri, Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Təbii Resursların İdarə olunması İnstitutu və ölkədə fəaliyyət göstərən yerli və xarici mədən hasilatı şirkətlərinin nümayəndələri “dəyirmi masa”da iştirak ediblər.
“Dəyirmi masa” da “MHŞT-nin uzlaşdırılması” (EITI Mainstreaming) konsepsiyasının ictimaiyyətə çatdırılması, ölkədə Təşəbbüsün tətbiqində bütün maraqlı tərəflərin bir yerə toplanması və bu konsepsiyanın tətbiqinin ölkəyə gətirəcəyi faydalar barədə müxtəlif müzakirələr aparılıb.

Tehsil-press.az

Oxşar xəbərlər