Novruz bayramı ərəfəsində əfv gözlənilir

Novruz bayramı ərəfəsində əfv gözlənilir Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib. Bu barədə Təhsil-press.az-a Komissiyanın üzvü Rəşad Məcid deyib.

R.Məcid bildirib ki, görüş çox məhsuldar keçib: “Təxminən 800-dən artıq müraciət var. Bu gün təxminən 150-dən artıq müraciətə baxıldı və təqribən yarısına müsbət rəy verildi. Növbəti görüşdə də digər müraciətlərə baxılacaq”.
Komissiya üzvü hesab edir ki, Novruz bayramına yaxın əfv sərəncamı ola bilər: “Əgər Komissyanın görüşü başlayıbsa, güman ki, Novruz bayramına yaxın əfv olacaq”.

Təhsil-press.az

Oxşar xəbərlər