ADMİU-DA XOCALI FACİƏSİ ANILDI

ADMİU-DA XOCALI FACİƏSİ ANILDI Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Xocalı faciəsinə həsr olunmuş anım mərasimi keçirilib. Tədbirdə iştirak edən Universitetin professor-müəllim, tələbə heyəti bütövlükdə bəşəriyyətə qarşı törədilən tarixi cinayət olan Xocalı faciəsində qətlə yetirilmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükut ilə yad ediblər. Tədbiri giriş sözü ilə açan Universitetin rektoru, professor Fərəh Əliyeva Xocalı faciəsinin yalnız Azərbaycana deyil, bütün bəşəriyyətə qarşı törədilmiş vəhşilik olduğunu və bu soyqırımın gənclərin yaddaşına həkk edilərək, hər zaman anılmasının vacibliyini vurğulayıb. “Xocalıya ədalət!” kampaniyasının həyata keçirilməsini yüksək dəyərləndirərək bu kimi tədbirlərin Azərbaycan reallıqlarının dünyaya çatdırılması istiqamətində mühüm addımlardan olduğunu söyləyib. Qeyd olunub ki, tariximizin ən dəhşətli və faciəvi səhifələrindən biri olan Xocalı soyqırımından bu gün 25 il ötür. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla -613 nəfər Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq olub. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşüb.
Tədbir Universitetin tələbəsi Teatr sənəti fakültəsinin tələbəsi Ümman Budaqov (bədii qiraət) və Musiqi sənəti fakültəsinin tələbələri Azər Səlimov (xanəndə), Ağayar Xanlarov (tar), Cahandar Xanlarov (kamança) ifasında müəllifi Günel Anar qızına məxsus “Ataya məktub” əsəri əsasında, rejissoru Cəlal Kəngərli olan video materialın nümayişi ilə davam edib.

ADMİU-nun Mətbuat Xidməti


ADMİU-DA XOCALI FACİƏSİ ANILDIADMİU-DA XOCALI FACİƏSİ ANILDIADMİU-DA XOCALI FACİƏSİ ANILDIADMİU-DA XOCALI FACİƏSİ ANILDIADMİU-DA XOCALI FACİƏSİ ANILDI

Oxşar xəbərlər