
Universitetdən Təhsil-press.az-a verilən məlumata görə, müəllim və şagird heyətinin iştirak etdiyi konfransı açan direktor, professor Qasım Hüseynov liseydə reallaşan bu səpkili tədbirlərin şagirdlərin Azərbaycan tarixini, xalqımızın yaşadığı faciələri dərindən mənimsəmələri baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Tarix fakültəsinin elmi işlər üzrə dekan müavini, professor Sevda Süleymanova “Xocalı soyqırımının tanınması Azərbaycan dövlətinin xarici siyasətinin istiqamətlərindən biridir”, Azərbaycan tarixi kafedrasının dosenti Nuru Məmmədov “Xocalı soyqırımı bəşəri cinayətdir” mövzusunda məruzələrlə çıxış ediblər.
Xocalı hadisələrinin şahidi Nazim Hüseynov bu soyqrımının bəşər tarixində misli görünməmiş tarixi cinayət olduğunu bildirib.
Tədbir “Gənc istedadlar” liseyi şagirdlərinin çıxışları ilə yekunlaşıb.




Təhsil-press.az