AzTU-da Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib

AzTU-da Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib Azərbaycan Texniki Universitetində Xocalı Soyqırımının 25-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib.Əvvəlcə Şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Mərasimi ilk çıxışı ilə açan AzTU-nun rektor əvəzi Xalıq Yahudov XX əsrin faciəsi olan Xocalı soyqırımının heç vaxt unudulmadığını və dünyanın bir çox ölkəsində bu faciənin soyqırım kimi tanındığını bildirib. Rektor həmin faciədə Xocalı Aeroportunun müdafiəsində həlak olan Milli Qəhrəmanlar Hikmət Nəzərli və Elçin Quliyevin AzTU-nun məzunları olduğunu vurğulayıb.
Daha sonra universitetin “İctimai fənlər” kafedrasının baş müəllimi Arif İbrahimov faciənin tarixi faktlarına nəzər salaraq bildirib ki,1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni cəlladları Sovet ordusunun Xankəndindəki 366-cı motoatıcı alayının tabor və bölmələrinin hərbi yardımı, 100-ə yaxın zirehli texnikasının və şəxsi heyətlərinin bilavasitə iştirakı ilə Əskəran və Xankəndi arasındakı Xocalı şəhərini yerlə yeksan etdilər. Bu soyqırım nəticəsində 613 Xocalı sakini öldürülmüş, 487 nəfər əlil olmuş, 1275 nəfər girov götürülmüşdür. Ölənlər arasında 63 uşaq, 106 qadın, 70 nəfər qoca var idi. 8 ailə tamamilə məhv edilmiş, 23 uşaq hər iki valideynini, 130 uşaq isə bir valideynini itirmiş, 150 nəfərin isə taleyi bu günə qədər də məlum deyil.
Tədbirdə iştirak edən Xocalı sakini, Xəzər rayon İcra nümayəndəsi İman Allahverdiyev və faciənin canlı şahidi Nazim Hüseynov həmin günlərdə baş verən qanlı faciələri bir-bir yada salaraq qeyd ediblər ki, düşmən tanklarının altında qalıb məhv edilən qocaların, erməni süngüsünə keçirilən südəmər körpələrin, əsirlikdə döyülən, söyülən, təhqir edilən azərbaycanlıların fəryadı cavabsız qalmayacaqdır.
Tədbirdə Xocalı faciəsinə həsr olunmuş sənədli film və tələbələrin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Qeyd edək ki, tədbirdən sonra universitetin Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə tələbələrın Xocalı soyqırımına həsr olunmuş rəsmləri universitetin foyesində nümayiş olunub.

AzTU-nun Mətbuat Xidməti


AzTU-da Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilibAzTU-da Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilibAzTU-da Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilibAzTU-da Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilibAzTU-da Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib

Oxşar xəbərlər