
Görüş zamanı yeni tələbə olan gənclər özlərini maraqlandıran məsələləri qaldırıblar. Həm tədris və təhsil sistemi, həm də tələbələri narahat edən sosial məsələlərlə bağlı bir sıra təklif və iradlar səsləndirilib. Hər bir kəsin sualını ayrı-ayrılıqda cavablandıran rektor Gəray Gəraybəyli bəzi məsələlərin həlli ilə bağlı dərhal göstəriş verib.
Qeyd edək ki, bugünkü görüşdə 82 nəfər qrup nümayəndəsi iştirak edib. Müxtəlif kurslar və fakültələrin qrup nümayəndələri ilə görüşlər davam edəcək.
ATU-nun Mətbuat Xidməti

