“Xəzər”də bayram şənliyi

“Xəzər”də bayram şənliyi Universitetin Mərmər zalında 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə bayram tədbiri keçirildi.
Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı çıxış edərək, qadın əməkdaşların fəaliyyətini yüksək qiymətləndirdi, onları təbrik etdi və qadınlara həsr etdiyi şeirlərini oxudu.
Digər çıxış edənlər – rektor Hassan Niknafs, prorektorlar Məhəmməd Nuriyev və İsaxan İsaxanlı, Fəlsəfə və insanşünaslıq departamentinin müdiri Mail Yaqubov, Azərbaycan dili və ədəbiyyat departamentinin müdiri Vurğun Əyyub, həmin departamentin müəllimi Dilbər Zeynalova da qadın əməkdaşların ünvanına xoş sözlər söylədlər, onlara əmək və şəxsi həyatlarında uğurlar arzuladılar. Mail Yaqubov qadınları həm də şeir və mahnı, Vurğun Əyyub və Dilbər Zeynalova şeirlərlə təbrik etdilər.
Bayram şənliyində universitetin Musiqi və incəsənət departamentinin müdiri, pianoçu Zülfiyyə Sadıqova və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti, universitetin müəllimi Məhsəti Cabbarova tərəfindən iştirakçılara konsert proqramı təqdim olundu.
Məzunlarla iş üzrə mərkəzin müdiri Baba Bayramlının aparıcılığı ilə keçən bayram şənliyi xoş əhval-ruhiyyə ilə başa çatdı.

“Xəzər”də bayram şənliyi“Xəzər”də bayram şənliyi“Xəzər”də bayram şənliyi“Xəzər”də bayram şənliyi

Oxşar xəbərlər