İnternat məktəbində bayram şənliyi

İnternat məktəbində bayram şənliyi Təhsil Nazirliyinin təşkilatçılığı ilə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbində 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib.
Tehsil-press.az xəbər verir ki, tədbirdə internat məktəbinin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya, rəqslər nümayiş etdirilib.
Sonra internat məktəbinin şagirdlərinə bayram hədiyyələri təqdim olunub.
Tədbirdə məlumat verilib ki, bu müəssisə 1937-ci ildən 6 nömrəli Uşaq Evi, 1985-1986-cı tədris ilindən isə internat məktəbi kimi fəaliyyət göstərir. Təhsil Nazirliyi tərəfindən əsaslı təmir və yenidənqurma işlərinin aparıldığı internat məktəbində 11 sinif otağı, 5 fənn kabineti, 2 laboratoriya və 1 informatika otağı var. Məktəbdə valideyn himayəsindən məhrum olmuş 162 nəfər uşaq təlim-tərbiyə alır. Onlardan 47-si qız, 115-i oğlandır.

İnternat məktəbində bayram şənliyiİnternat məktəbində bayram şənliyi

Tehsil-press.az

Oxşar xəbərlər