Azərbaycan Dövlət Neft və Sənaye Universitetində yeni startup layihəsi olan “multivizorlar”ın təqdimatı keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində yeni startup layihəsi olan “multivizorlar”ın təqdimatı keçirilib Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) bu ali məktəbin yeni startup layihəsi olan “multivizorlar”ın təqdimatı keçirilib.
Professor və müəllimlərin, yerli və ukraynalı qonaqların iştirak etdikləri tədbirdə təhsil müəssisəsinin Ukraynadakı tərəfdaşı olan Sikorski Çəlleng biznes inkubatoru ilə birgə startup layihəsinin kütləvi istehsalına başlandığı elan olunub.
Universitetin rektoru, professor Mustafa Babanlı ADNSU Startup məktəbinin Kiyev Texniki Universiteti ilə birgə yaratdığı startup məhsulundan danışıb. “Multivizorlar bu il ADNSU-nun startup layihəsi çərçivəsində təqdim etmək istədiyi 4 məhsuldan biridir. Multifunksionallığı ilə yeni məhsulumuz bizi qane edir. Lakin əmək bazarının tələblərinə və tələbata uyğun olaraq bu məhsulu təkmilləşdirmək mümkündür”, - deyə rektor bildirib.
“eAzi Start” Startup məktəbinin Ukraynalı mentoru İqor Peer yeni ərsəyə gətirdikləri məhsulun xüsusiyyətləri, istifadə olunacaq sahələr və funksiyaları ilə bağlı məlumat verib. O, həmçinin “Made in Azerbaijan“ brendi altında bu cür məhsulun yaradılmasının önəmini vurğulayıb.
Tədbirdə “multivizorlar” haqqında videotəqdimat olub və məhsul haqqında ətraflı məlumat verilib, suallar cavablandırılıb.
ADNSU-nun startup layihəsi olan multivizorların universitetdə kütləvi istehsalına başlanması nəzərdə tutulub. Multivizorlar hazırda mövcud proyeksiyalar və monitorların həll edə bilmədiyi məsələlərlə bağlı innovativ həll yolu təklif edir. Yeni məhsul, eyni zamanda, sənayedə, təhsil, tibb, əyləncə və bu kimi digər sahələrdə istifadə oluna biləcək innovativ məhsuldur.

ADNSU-nun Mətbuat Xidməti


Azərbaycan Dövlət Neft və Sənaye Universitetində yeni startup layihəsi olan “multivizorlar”ın təqdimatı keçirilib

Oxşar xəbərlər