Azərbaycan Texniki Universitetində “ilaxır çərşənbə” ilə əlaqədar şənlik

Azərbaycan Texniki Universitetində “ilaxır çərşənbə” ilə əlaqədar şənlik Azərbaycan Texniki Universitetində (AzTU) torpağın və həyatın oyandığı “ilaxır çərşənbə” ilə əlaqədar şənlik keçirilib.
Tədbirdə universitetin rektoru vəzifəsini icra edən Xalıq Yahudov bu ali təhsil ocağının kollektivini Novruz bayramı münasibətilə təbrik edib. Ölkəmizdə mühəndis kadrların inkişafından söz açan X.Yahudov tələbələrə müvəffəqiyyətlər arzulayıb.
Sonra X.Yahudov universitetin həyətində Novruz tonqalını alovlandırıb.
Şənlikdə AzTU-nun yaradıcı tələbələri müxtəlif nömrələr nümayiş etdiriblər. Kosa, keçəl, Bahar qızı obrazında şənliyə qatılan tələbələr universitetin həyətində əsl Novruz ab-havası yaradıblar.
Şənlik AzTU-da təhsil alan xarici tələbələrin böyük marağına səbəb olub.

AzTU-nun Mətbuat Xidməti


Azərbaycan Texniki Universitetində “ilaxır çərşənbə” ilə əlaqədar şənlikAzərbaycan Texniki Universitetində “ilaxır çərşənbə” ilə əlaqədar şənlikAzərbaycan Texniki Universitetində “ilaxır çərşənbə” ilə əlaqədar şənlikAzərbaycan Texniki Universitetində “ilaxır çərşənbə” ilə əlaqədar şənlik

Oxşar xəbərlər