AzTU-nun tələbələri təqaüdə layiq görülüb

AzTU-nun tələbələri təqaüdə layiq görülüb Ötən sessiyanı əla qiymətlərlə başa vuran Azərbaycan Texniki Universitetinin tələbələri Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİRK) təqaüdünə layiq görülüblər. Təqaüdlərin verilməsi AzTU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşəbbüsü ilə həyata keçirilib.
Təqaüdə layiq görülən tələbələr Cəvahir Babanlı "Mühəndis biznesi və menecment", Fuad Həsənov "Nəqliyyat", Aqil Əhmədov "Xüsusi texnika və texnologiya", Məmmədaslan Quliyev isə "Radiotexnika və rabitə" fakültəsinin tələbəsidir.
Tədbirdə iştirak edən ATİAHİRK-nin sədri, Millət vəkili Səttar Mehbalıyev tələbələri təbrik edib və onlara gələcək təhsil həyatlarında uğurlar arzulayıb. O, THİK-nin məqsədinin təkcə asudə vaxtın təşkili olmadığını deyərək təhsildə uğur qazanan tələbələrimizə daim yüksək diqqət və qayğı göstərdiyini vurğulayıb.

AzTU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər