AzTU-da iki gün davam edəcək tələbələrarası “əl işləri” sərgisi keçirilir

AzTU-da iki gün davam edəcək tələbələrarası “əl işləri” sərgisi keçirilir Noyabrın 29-da Azərbaycan Texniki Universiteti THİK-nin təşkilatçılığı ilə Universitetdə tələbələrarası keçirilən “əl işləri” sərgisinin açılışı olub. Açılışda iştirak edən Universitetin rektor əvəzi Xalıq Yahudov bildirib ki, belə tədbirlərin təşkil olunması tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsinə xidmət edir və bu istiqamətdə tələbələrin abstrakt təfəkkürü daha da genişlənir.
Sərgi iki gün müddətində davam edəcək, gizli səsvermə yolu ilə qaliblər müəyyənləşəcək. Ən çox səs toplayan üç əl işinin müəllifi müəyyən olunaraq I, II, III yerlərlə mükafatlandırılacaq.

AzTU-nun Mətbuat Xidməti


AzTU-da iki gün davam edəcək tələbələrarası “əl işləri” sərgisi keçirilirAzTU-da iki gün davam edəcək tələbələrarası “əl işləri” sərgisi keçirilir

Oxşar xəbərlər