Bakıdakı Dədə Qorqud parkında Novruz bayramı ilə əlaqədar ağacəkmə aksiyası keçirilib

Bakıdakı Dədə Qorqud parkında Novruz bayramı ilə əlaqədar ağacəkmə aksiyası keçirilib Bakıdakı Dədə Qorqud parkında Novruz bayramı ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.
Aksiyada bu ali təhsil ocağının müəllim və tələbələri, “Coca-Cola” şirkətinin əməkdaşları, paytaxt sakinləri iştirak ediblər.
Ağacəkmə aksiyası “ADA” Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzi, “Coca-Cola” şirkəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə həyata keçirdiyi “Ağac əkək, təbiətə töhfə verək!” layihəsinin bir hissəsidir.
“ADA” Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin direktoru Elnur Soltanov bildirib ki, layihə çərçivəsində 2014-2020-ci illər arası ölkədə kütləvi meşələrin salınması vasitəsilə su ehtiyatlarının qorunması üçün 100 mindən çox ağacın əkilməsi nəzərdə tutulur. Bu layihə ölkəmizdə ekologiyanın inkişafı, ərazilərin yaşıllaşdırılmasına böyük töhfədir.
Qeyd edilib ki, bu günədək Ələt və Siyəzən yaxınlığında 18 hektar ərazidə 15 min zeytun ağacı, Şıxovda yerləşən velopark ərazisində isə 15 min şam ağacı əkilib. Bu il qeyd olunan veloparkın ərazisində daha on min şam və zeytun ağacının əkilməsi planlaşdırılır. “Ağac əkək, təbiətə töhfə verək!” layihəsində müasir damcı suvarma texnologiyasından istifadə olunur ki, bu da öz növbəsində su ehtiyatlarından səmərəli istifadə deməkdir.
Parkda iyirmidən çox çinar ağacı əkilib.
Ağacəkmə aksiyasından sonra Novruz bayramının ilaxır çərşənbə axşamında “ADA” Universitetində V Bahar Gənclik Festivalı təşkil olunub.
“Coca-Cola” şirkətinin Qafqaz bölgəsi üzrə meneceri Əsəd Şirinov Novruz bayramı münasibətilə iştirakçıları təbrik edib, təmsil etdiyi şirkətin Azərbaycanda ətraf mühitin inkişafına töhfəsindən danışıb. Bildirilib ki, şirkət hər zaman Azərbaycanda irimiqyaslı proqramlara dəstək göstərib. “ADA” Universiteti ilə birgə həyata keçirilən layihə də ölkəmizdə ekologiyanın inkişafı, ərazilərin yaşıllaşdırılmasına böyük töhfədir.
Festival sərgi, milli geyimlər, Azərbaycanın müxtəlif xalça məktəblərinin nümunələri, ləziz bayram şirniyyatları, tonqal üzərindən atlanma və bu kimi ilaxır çərşənbə axşamının özünəməxsus adət-ənənələrinin nümayişi ilə davam edib. Bu festival “ADA” Universitetinin tədris mərkəzinə əsl bayram ab-havası gətirib, Novruzun əsas qəhrəmanları olan kosa və keçəl də şənliyə qatılıblar. Universitetdə qurulan “Coca-Cola” səhnəsində tələbələr əyləncəli bayram proqramı ilə çıxış ediblər. Təhsil Nazirliyinin Respublika Uşaq Yaradıcılıq Mərkəzinin “Təbəssüm” rəqs qrupu və “ADA” Universitetinin tələbələri folklor musiqi və rəqslərimizdən nümunələr ifa ediblər.

Kəmalə Rəhimli


Bakıdakı Dədə Qorqud parkında Novruz bayramı ilə əlaqədar ağacəkmə aksiyası keçirilibBakıdakı Dədə Qorqud parkında Novruz bayramı ilə əlaqədar ağacəkmə aksiyası keçirilibBakıdakı Dədə Qorqud parkında Novruz bayramı ilə əlaqədar ağacəkmə aksiyası keçirilibBakıdakı Dədə Qorqud parkında Novruz bayramı ilə əlaqədar ağacəkmə aksiyası keçirilibBakıdakı Dədə Qorqud parkında Novruz bayramı ilə əlaqədar ağacəkmə aksiyası keçirilib

Oxşar xəbərlər