Birinci sinfə qəbul qaydaları ilə bağlı çaşqınlıq yaranıb

Birinci sinfə qəbul qaydaları ilə bağlı çaşqınlıq yaranıb Elektron üsulla birinci sinfə qəbul qaydaları Bakıda qeydiyyatda olmayanlar üçün çaşqınlıq yaradıb.
Buna səbəb elektron qeydiyyat sistemində valideynlərin yalnız qeydiyyatda olduqları ərazi üzrə təqdim olunan məktəbləri seçmə şərtidir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə bildirilir ki, Bakıda qeydiyyatda olmayan, ancaq övladını məktəbə qoymaq istəyən valideynlər üçün heç bir problem yoxdur. Bakıda kirayədə yaşayan vətəndaşların övladları ümumi qaydada mektebeqebul.edu.az saytında qeydiyyatdan keçməlidir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeçiliyində olan məktəblərin 85 faizində qeydiyyatla bağlı heç bir problem olmayıb. Çünki məktəblərin bu qədər hissəsində ümumiyyətlə sıxlıq müşahidə olunmur. Sıxlıq olan məktəblərdə isə yaşayış yeri məktəb ərazisində düşməyən şəxslər üçün bəzi qaydalar var.
Ancaq məktəblərdə sıxlıq olarsa belə, şəxslər qəbul edilməyə bilər. Bəs həmin məktəbdə həqiqətən sıxlığın olduğuna və məhz Bakı qeydiyyatında olmayan uşaqların buna görə qəbul edilməməsinə şəffaf qaydada necə nəzarət olunur?
Bakıda kirayədə yox, öz evində yaşayan, lakin hələ həmin ünvanda qeydiyyatda olmayan uşalar isə sadəcə həmin ailənin elektrik kodu ilə ərazidəki məktəbə qeyd oluna bilər.

BŞTİ-nin Mətbuat Xidməti

Oxşar xəbərlər